Yuxarı

Yoluxma halları ən çox harada baş verir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yoluxma halları ən çox harada baş verir?

Səhiyyə müəssisələri koronavirusa yoluxma hallarının yüksək olduğu yerdir.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın brifinqində deyib. O bildirib ki, xəstəxanalara, poliklinikalara maskasız daxil olmaq, məsafəni gözləməmək qadağandır.

Qurum rəsmisi əlavə edib ki, insanlar qaydalara əməl etməyərək, yas mərasimlərini ev şəraitində təşkil edirlər:

"Aparılan analizlər göstərir ki, yoluxma hallarının böyük qismi yas mərasimlərində baş verir. Bu bizi çox ciddi narahat edir. Vətəndaşları qaydalara əməl etməyə çağırırıq".

O qeyd edib ki, çimərliklərdə hərəkətlə bağlı qaydalar metodiki göstərişlərdə öz əksini tapıb:

"Fərdi sahibkarlıq subyektləri və hüquqi şəxslər məsuliyyət daşıyırlar. Biz sərt cərimələrin tətbiq olunmasının tərəfdarıyıq".

O bildirib ki, asimtomatik xəstələrin evdə müalicəsi ilə bağlı yaxın zamanda qərar veriləcək:

"Bu xəstələr xəstəxanalarda dövlət hesabına müalicə alırdılar. Lakin bu xəstələrin sayının artmasına görə onların evdə müalicəsinin tətbiqinə başlanıla bilər".

Tarix
2020.05.29 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

Qardaşım İlham Əliyevi səmimiyyətlə qucaqladım və...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla