Yuxarı

İdman zalları niyə açılmadı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdman zalları niyə açılmadı?

Qapalı məkanlarda yoluxma ehtimalı böyükdür. İdman zalları da bu sıraya daxil olduğu üçün yalnız açıq havada idman məşqlərinin keçirilməsinə icazə verilir.

Axar.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib. O əlavə edib ki, uşaq bağçalarının açılması gözlənilmir:

"Dövlət qurumlarının rəhbərlərinə öhdəliklərində azyaşlı uşaq olan işçilərə iş yerlərində şərait yaradılması barədə tapşırıq verilmişdi. Hazırda bağçaların açılması müzakirə olunmur".

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı əlavə edib ki, uşaq bağçaları üçün metodiki göstərişlər hazırlanıb: "Yaxın günlərdə bu qaydalar təqdim olunacaq".

Ramin Bayramlı bildirib ki, hazırda ölkə ərazisində epidemiyanın birinci dalğası müşahidə olunur:

"Virusda baş verən mutasiyalardan asılı olaraq, qış aylarında ikinci dalğa baş verə bilər".

Tarix
2020.05.29 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla