Yuxarı

Martda ölən deputat mayda səsvermədə "iştirak" etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Milli Assambleyasında qanun layihəsinə səsvermədə artıq bir neçə aydır ölən deputatın da səs verdiyi məlum olub.

Axar.az xəbər verir ki, Fransa Milli Assambleyasında internetdə nifrət nitqinə görə cəzasız qalmağa son qoymaq məqsədilə Avia qanun layihəsinə baxılıb. Qanun layihəsi 286 səslə qəbul olunub.

Mayın 13-də keçirilən səsvermə zamanı martın 29-da 49 yaşında vəfat etmiş deputat Jan-Fransua Sezarinin də səs verdiyi aşkar olunub. Milli Assambleyadan siyahını yeniləməyi unutduqları bildirilib. Ancaq Assambleyanın özünümüdafiəsi inandırıcı olmayıb. Bundan əvvəl də vəfat etmiş deputatın əvəzedicisinin adından iki dəfə istifadə edildiyi yazılır.

Qeyd edək ki, İrəli Respublika (LREM) Partiyasının üzvü Laetitia Avia tərəfindən təqdim olunan qanun layihəsinə görə “irqi, dini, cinsi, cinsi oriyentasiya və ya əlilliyə görə nifrətə təhrik edən və ya ayrı-seçkilik təhqiri olan bütün mətnlər” sosial şəbəkələr və internet platformalar tərəfindən silinməlidir.

Qanun layihəsi Milli Assambleyada son oxunuşdan sonra internetdəki nifrət nitqinə görə cəzasız qalmağı hədəfləyən Avia qanunu Konstitusiya Şurasının son qərarını gözləyir.

Tarix
2020.05.30 / 01:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla