Yuxarı

Türkiyəlilərdən 90 gün viza tələb olunmayacaq – Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq edib.

Axar.az xəbər verir ki, bu barədə deputatlara komitə sədri Səməd Seyidov məlumat verib.

Komitə sədri xatırladıb ki, Azərbaycan və Türkiyə arasında gediş-gəlişlə bağlı ilk hüquqi sənəd 1992-ci ildə qəbul edilib.

S.Seyidovun sözlərinə görə, 2007-ci ildə Türkiyə Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib. Bundan sonra Azərbaycan vətəndaşları vizasız 30 gün müddətinə Türkiyəyə gedə bilərdilər.

Azərbaycan tərəfi isə 2019-cu ildən Türkiyə vətəndaşlarına Azərbaycana vizasız gəliş haqda qərar verib.

Komitə sədri əlavə edib ki, indi parlamentə təqdim olunan layihə xüsusi əhəmiyyətə malikdir:

“Layihəyə əsasən viza tələbindən azadetmə 90 gün olur. Yəni viza tələbi olmadan Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq səfər edərkən ölkədə 90 gün qala biləcək. Bu diplomatik və konsulluq əməkdaşlarına da şamil olunur. Xəstəlik, təbii fəlakət və epidemiya kimi fövqəladə hallar olduqda 90 günlük müddət uzadıla bilər”.

S.Seyidov bildirib ki, bəzən hər iki ölkə vətəndaşları işləmək üçün ölkələrə gəlirlər:

“İş, təhsil və digər məqsədlə gələnlərə qalmaq icazəsi milli qanunvericilik əsasında tənzimlənəcək”.

Tarix
2020.05.31 / 12:49
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla