Yuxarı

Türkiyəyə kimliklə gedib-gəlməliyik - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanun layihəsinin müzakirəsi zamanı biz şəxsiyyət vəsiqələri ilə Türkiyəyə gediş-gəlişin mümkünlüyünü də nəzərdən keçirmişdik. Türkiyənin qonşu ölkələri artıq pasportsuz gediş-gəliş tətbiq edir.

Axar.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, parlamentin Hüquq siyasəti və dövlət qurucluğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Q.Həsənquliyev xatırladıb ki, Gürcüstan və Ukrayna vətəndaşları şəxsiyyət vəsiqələrini təqdim etməklə Türkiyəyə gedib-gələ bilirlər:

“Biz isə qardaş ölkəyik, hesab edirəm ki, bizdə də pasport məsələsi aradan qaldırılmalıdır. İkincisi, bu saziş layihəsindən bəlli olmur ki, vətəndaşlar hər dəfə Türkiyə ərazisinə daxil olanda 90 gün qala bilər, yoxsa il ərzində. Biz bilirik ki, başqa ölkələrə girişdə çoxgirişli vizalar verilir. Amma tələb qoyulur ki, 5 il ərzində sən, tutaq ki, 180 gün müddətində hansısa ölkədə qala bilərsən. Bununla bağlı Saziş layihəsində heç bir müddəa yoxdur. İstərdim, bu məsələyə də aydınlıq gətirilsin.

Daha sonra, İranda bizim 30 milyondan çox soydaşımız yaşayır. Həmçinin, İran bizim qonşumuzdur. Biz dəfələrlə burada məsələ qaldırmışıq, bunun bir izahı verilsin ki, niyə İranla viza rejimini aradan qaldırmırıq? Yəni Şimali Azərbaycan cənubi azərbaycanlıların vətəninin bir parçasıdır. Onlarla mənəvi yaxınlığımız, birliyimiz üçün viza rejimi aradan qaldırılmalıdır. İrandan gəlib burada oxuyan, bizim soydaşımız olan tələbələr bəzi hallarda 2 dəfədən artıq təhsil haqqı verirlər. Niyə? Məsələn, dünyanın təhsildən milyardlarla vəsait qazanan bir çox ölkəsində yerli tələbələr nə qədər təhsil haqqı ödəyirsə, xarici tələbələr də o qədər təhsil haqqı verir. Onlar gəlib onsuz da kirayədə qalırlar, burada pul xərcləyirlər. Yəni bu məsələləri mən parlamentdə ona görə qaldırıram ki, bizim müvafiq dövlət, hakimiyyət orqanları bunun üzərində ciddi şəkildə düşünsünlər”.

Tarix
2020.05.31 / 13:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla