Yuxarı

MN-dən deputata sərt cavab: Hansı brifinq?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 31-də Milli Məclisin növbəti iclasında deputat Vahid Əhmədovun Müdafiə nazirinin ünvanına səsləndirdiyi fikirlər yalandır və həqiqəti əks etdirmir.

Axar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bildiririk ki, son bir ildə Müdafiə naziri heç bir brifinqdə iştirak etməyib və ona Şuşa ilə bağlı heç bir sual verilməyib.

Millət vəkilinə xatırladırıq ki, “Azərbaycan Respublikasının Müdafiə haqqında Qanunu”nun 4-cü maddəsinin müvafiq bəndinə əsasən “müharibə elan edilməsinə və sülh bağlanılmasına razılıq” verilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir", - nazirlikdən qeyd olunub.

Qeyd edək ki, bu gün MM-in iclasında deputat Vahid Əhmədov Müdafiə naziri və Baş Qərargah rəisini ana dilini bilməməkdə suçlayıb.

"Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı andiçmə ilə bağlı sual verdilər. Zakir Həsənov da, qərargah rəisi Nəcməddin Sadıqov da azərbaycanca danışa bilmir. İzah edə bilmədilər", - V.Əhmədov deyib.

Tarix
2020.05.31 / 14:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla