Yuxarı

Onları ölkəyə gətirmək lazımdır, yoxsa... – Millət vəkili

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millət vəkili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə çıxış edib.

Axar.az xəbər verir ki, Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” düşüncəsi ilə qardaş Türkiyə ilə əlaqələrin daha da genişləndirilməsinin cənab Prezidentimiz İlham Əliyevin siyasətində xüsusi yer tutduğunu vurğulayan Qənirə Paşayeva bu qanun layihəsinin çox önəmli olduğunu bildirib.

Millət vəkili qanunun qardaş ölkə ilə Azərbaycanın bütün bölgələri, xüsusilə də ölkəmizin bir parçası olan Naxçıvan Muxtar Respublikası ilə Türkiyə bölgələri arasında iqtisadi-ticarət əlaqələrinin daha da güclənməsində böyük rolu olacağını deyib və qanun layihəsini dəstəklədiyini bildirib.

Qənirə Paşayeva Milli Məclisdə, həmçinin, Türkiyədə təhsil alan tələbələrin müraciətini də səsləndirib:

“İyun ayının 15-dən etibarən Türkiyədəki bütün yataqxanalar növbəti tədris ilinə hazırlıq üçün bağlanacaq. Bu isə qardaş ölkədə təhsil alan və yataqxanada yaşayan tələbələr üçün böyük problemlər yaradır. Bu uşaqların iyunun 15-dən sonra harada qalacaqları bilinmir. Türkiyədə mənzil kirayəsi bahadır, üstəlik kirayə qalan kommunal xərcləri də ödəməlidir ki, bu da imkanları böyük olmayan ailələrin uşaqları üçün çox ciddi problem yaradar. Əgər bu uşaqların qısa zamanda ölkəmizə qayıtması təmin olunmazsa, dövlət bundan sonra çox sayda tələbəyə dəstək verməyə məcbur olacaq”.

Millət vəkili qeyd edib ki, ötən gün Təhsil Nazirliyimizin Türkiyədəki səfirliyimizdə fəaliyyət göstərən nümayəndəsi ilə də danışıb:

“Bizə hər gün onlarla ailə müraciət edir və onların müraciətləri ilə bağlı geniş fikir mübadiləsi apardıq. Təxminən 2400 tələbə ölkəyə qayıtmaq üçün qeydiyyatdan keçib. Bu uşaqların ailələri onların qayıtması üçün təyyarə biletlərini, yol xərclərini ödəməyə hazırdırlar. Sadəcə, tələbələrin ölkəyə qayıda bilməsi üçün çarter reyslərinin olmasını xahiş edirlər. Gələn tələbələr ölkədə karantində qalmağa da hazır olduqlarını bildirirlər. İyunun 15-nə qədər çarter reysləri ilə bu uşaqların Azərbaycana qayıtmasına şərait yaradılmalıdır.

Aidiyyəti qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram. Yataqxanadan artıq çıxarılma mərhələsində olan, məzun olan və qayıtmaq üçün qeydiyyatdan keçən tələbələrin ölkəyə qayıtması məsələsinin yaxın günlərdə həllini tapması vacibdir”.

Tarix
2020.05.31 / 15:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - Foto

Ölkədə kommersiya mübahisələri ilə bağlı qərar

Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradıldı

5 gündür susan Makron barmaqlamağa başladı... - Video

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verir

Azərbaycanda su qıtlığı problemi... - BCG

Sadır Japarov Şəhidlər xiyabanında

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Foto

Sadır Japarov Heydər Əliyevin məzarını ziyarət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla