Yuxarı

Xəzərin dibi ilə yol çəkək – Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən sözsüz ki, bu qanun layihəsinə səs verəcəyəm. Bir məsələni həmkarlarımın, ümumiyyətlə, hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Yəqin, rast gəlmisiniz ki, əsrin böyük layihələrindən biri Norveçdə həyata keçirilib. Norveçin bir başından o biri başına suyun altı ilə dəyəri 40-47 milyard dollar civarında olan yol çəkilir. Həmin o yolun uzunluğu 1100 kilometrdən artıqdır.

Axar.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı səsləndirib.

Millət vəkili əlavə edib ki, bzimlə Türkmənistan arasında olan məsafiə isə 300 kilometrdən də azdır.

“Onlar pantonlar vasitəsilə suyun 380 metr dərinliyində həyata keçirirlər. Xəzərdə isə Türkmənistanla bizim aramızda suyun dərinliyi 200 metrdən bir qədər artıqdır. Bunu ona görə söyləmək istəyirəm ki, həmin layihəni sınaqdan keçiriblər, onun üzərindən böyük tankerlər də üzüb keçib. Hətta qəza olanda, borulara toxunanda da onlar ekoloji problem yaratmayıb. Onlar uzun müddət idi ki, bu layihəni müzakirə edirdilər. Nəhayət, 2017-ci ildə bu layihənin reallaşdırılmasına başlayıblar.

Azərbaycanla Türkmənistan arasında da Xəzərin dibi ilə belə bir yolun çəkilməsi məsələsi gündəmə gəlsə - baxmayaraq ki məsafə də azdır- Çindən tutmuş bütün Orta Asiya respublikaları, Avropa İttifaqı, ümumiyyətlə, Çindən başlayan “Bir kəmər, bir yol” layihəsinin üzərində olan ölkələr buna maliyyə dəstəyi verə bilərlər. Əlbəttə, bu, gələcəyin işidir, amma indidən bunun müzakirəyə çıxarılması hesab edirəm ki, önəmli olar”.

Tarix
2020.05.31 / 16:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla