Yuxarı

Vilayət Eyvazov gürcüstanlı həmkarına məktub göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov gürcüstanlı həmkarı Vaxtanq Qomelauriyə təbrik məktubu ünvanlayıb.

Axar.az Report-a istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

V.Eyvazov Gürcüstanda bu gün qeyd olunan Polis Günü münasibətilə ölkənin DİN rəhbərliyi və əməkdaşlarını təbrik edərək onlara uğurlar arzulayıb:

“Bu gün Gürcüstan polisi xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edir, asayişin və təhlükəsizliyin təmini, sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirir”.

Nazir qeyd edib ki, hər iki ölkənin DİN-ləri arasında əlaqələrin səviyyəsi məmnunluq doğurur: “Əminəm ki, qarşılıqlı etimada və dəstəyə əsaslanan əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək”.

V.Eyvazov V.Qomelauriyə möhkəm cansağlığı, xoşbəxtlik, dost Gürcüstan xalqına isə əmin-amanlıq və rifah diləyib.

Tarix
2020.05.31 / 16:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla