Yuxarı

Şəkini bir-birinə qatan ayı hansısa məmurundur?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəkini bir-birinə qatan ayı hansısa məmurundur?

11:55

Dünən Şəki küçələrində dolaşan ayının heç də meşədən gəlmədiyi, ayı həvəskarı olan hansısa iş adamı və ya məmurun həyətindən qaçdığı haqda iddia yayılıb.

Axar.az xəbər verir ki, bu iddianın yaranmasına səbəb ayının boğazında xalta olması haqda ehtimaldır. Belə ki, ayının yayılan fotolarında boğazında xalta olduğu ehtimal edilir.

Vəhşi Təbiətin Mühafizə Fondunun rəhbəri Elşad Əsgərov saytımıza bildirib ki, bu ehtimalı irəli sürmək üçün əsaslı fakt yoxdur:

“Boyundan bədənə keçən hissədə tüklərdə seyrəlmə, boşluq olur. Baş çiyinin üzərində fırlanır və həmin hissə boş görünür. Ayının boğazında görünən o boşluq hissə də xalta yeri deyil, tüklərin seyrəldiyi, boşluq olan yerdir. Şəkillərə, yayılan videolara əsasən fikir bildirmək mümkün deyil. Şəkillərdən hər şey fərqli görünə bilər. Ayıya baxış keçirilmədən hansısa fikir bildirmək mümkün deyil”.

Tarix
2020.06.01 / 19:20
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla