Yuxarı

961 obyektdə karantin qaydaları pozuldu - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlumat verildiyi kimi, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqlər keçirir.

Nazirliyin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, mayın 31-də keçirilmiş monitorinqlər zamanı Suraxanı rayonunda “Zəngəzur market”, “Lay Lay uşaq aləmi”, “Məktəb ləvazimatı”, “Şirinbala uşaq aləmi” mağazalarında, Binəqədi rayonunda Asif Hacıyevə məxsus ət, “X motors” yağ satışı mağazalarında, Sabunçu rayonunda “Meqa Sığorta” ASC-yə məxsus “Meqa Sığorta” pərakəndə ticarət obyektində, "Azəri Med" MMC-yə məxsus “Plus Aptek”də, Xəzər rayonunda Cavad İzzətova məxsus çayxanada, Xətai rayonunda “Zolushka ticarət mərkəzi”ndə, “Velvet” geyim mağazasında, “Zeytun Aptek”də, Nizami rayonunda Radik Cəfərov, Mübariz Əliyev, Mansur Həsənov və Seymur Hüseynova məxsus pərakəndə satış mağazalarında, Yasamal rayonunda "Optimal elektronika" MMC və "Supertoys" MMC-yə məxsus mağazalarda, “Benita” geyim mağazasında, Abşeron rayonunda “Dəniz market”də, Qobustan rayonunda “Bol Market”də və “Ramil Market”də, Masallı rayonunda “Papatya dönər evi” və “Retro kafe”də, “Sevinc Mebel”, “Soliton” mağazalarında, Ağsu rayonunda “Univermaq” ticarət obyektində və Orxan Hüseynova məxsus mağazada, “Umud Kafesi”ndə, Zaqatala rayonunda “Dönər Mağazası”nda və sair ümumilikdə monitorinqin əhatə etdiyi 392 obyektin 217-də ticarət və zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Qeyd edək ki, mayın 22-dən 31-dək 1984 sahibkarlıq subyektində monitorinq keçirilib və 961 obyektdə tələblərin pozulması hallarına rast gəlinib.

Monitorinqlər davam edir.

Tarix
2020.06.01 / 19:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla