Yuxarı

Moskvada hücuma məruz qalan soydaşımız dünyasını dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Moskvada hücuma məruz qalan soydaşımız dünyasını dəyişdi

Moskvada Azərbaycan vətəndaşına hücum olub.

Dekabrın 15-də Rusiya paytaxtındakı "Moskva" mehmanxanasının yaxındığında Şirvan sakini Süleymanov Elşən Adil oğlu naməlum şəxslər tərəfindən bıçaqlanıb. Onun avtomobilini də əlindən alan cinayətkarlar hadisə yerindən uzaqlaşıblar. Məlumatı onun həyat yoldaşı Ruhiyyə Süleymanova verib. Onun sözlərinə görə, hücuma məruz qalan Elşən Süleymanov Moskvada Sklifasovski adına xəstəxanaya yerləşdirilib. Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb və yaralı bir neçə gün koma vəziyyətində qalıb. Elşən Süleymanov dekabrın 19-da dünyasını dəyişib.

Mərhum soydaşımızın ailə üzvləri Azərbaycanın Rusiyadakı səfirliyinə müraciət ediblər. Diplomatların araşdırması nəticəsində məlum oluö ki, Moskvanın hüquq-mühafizə orqanları faktla bağlı cinayət təqibinə başlamayıblar.

Mərhum Elşən Süleymanovun həyat yoldaşı onu da bildirir ki, hadisənin baş verdiyi əraziyə müşahidə kameraları vasitəsilə nəzarət edilir.

Bu gün səhər saatlarında Elşən Süleymanovun nəşinin Bakıya gətirələcəyi gözlənilir.

Elşən Süleymanov Moskvada ailəsi ilə yaşayıb. O, iki qız atası idi. ("Musavat.com")

Tarix
2013.12.21 / 02:13
Müəllif
Axar.az
Digər xəbərlər

Bayramov Pakistanın federal ombudsmanı ilə görüşdü

İlham Əliyev “o məmurlar” deyəndə kimlərə işarə etdi?

Naxçıvanın “bağışlanan” ərazisi qayıda bilər? - “Qeyri-adi” proses...

Simonyandan Qarabağ açıqlaması: İki nəfər bərk qorxur

Prezident: Xəzər dənizi tarixi əməkdaşlığın rəmzidir

Zəngəzur dəhlizinin açılması... - Prezident

İlham Əliyev Özbəkistan mediasına müsahibə verdi

Ermənistandan Azərbaycana qarşı təcavüzkar müharibə...

Qəzadan sonra ərazidə yalnız bu ölkənin helikopteri olub...

Bütün hərbçilərin nəşi tapıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla