Yuxarı

O verilişlərə baxmırlar, çünki tənqid yoxdur... - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
O verilişlərə baxmırlar, çünki tənqid yoxdur... - Deputat

Milli Məclisin iclasları yaxşı olardı ki, televiziyalarda yayımlansın və seçicilər canlı şəkildə burada səsləndirilən fikirləri görsünlər.

Axar.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında deyib.

Millət vəkili qeyd edib ki, belə olarsa, insanlar onların problemlərinin danışıldığı başqa auditoriya axtarmayacaqlar:

“Görəcəklər ki, onların problemlərindən özlərinin seçdikləri millət vəkilləri danışırlar və həmin problemlər millət vəkillərini də narahat edir. Məsələn, bugünkü iclası götürək. Burada kifayət qədər problemlərdən danışıldı. Görülmüş işlər barədə minnətdarlıq hissi ilə nələrsə qeyd olundu. Milli Məclisin iclasları televiziya ilə yayımlanmalıdır ki, seçicilər görsünlər. Ötən dəfə burada danışırdıq ki, koronavirusla bağlı televiziyalarda yaxşı təbliğat aparılmır və haqlı olaraq qeyd edildi ki, yox, aparılır. Amma çox təəssüf ki, o televiziyalara çox az sayda insan baxır. İnsanlar televiziyaları açanda orada nəyi görürlər? Bir tok şoudursa, yaxud siyasi əhəmiyyətli söhbət gedirsə, bilirlər ki, yalnız hökumətin təriflənməsindən danışıla bilər, hər hansı tənqidi fikirlər gedə bilməz. Onlar onsuz da görülən işləri bilirlər, ona görə də o tipli verilişləri izləmək çox da maraqlı olmur. Ona görə də ya şou proqramlara baxırlar, ya da kanalı dərhal dəyişirlər”.

Millət vəkili deyib ki, Milli Məclisin, dünyanın hər yerində olduğu kimi, öz televiziyası olmalıdır:

“Qapalı iclaslar istisna olmaqla, iclaslar canlı yayımla verilməldir və təkrar nümayiş olunmalıdır. Qonşu Türkiyə və başqa ölkələrdə olduğu kimi”.

Tarix
2020.06.02 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla