Yuxarı

DİN metrodakı insidentlə bağlı açıqlama yaydı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sosial şəbəkə və xəbər saytlarında Bakı Metropoliteninin metro qatarlarından birinin vaqonunda polis əməkdaşları ilə bir neçə vətəndaş arasında mübahisə yarandığını əks etdirən videogörüntü paylaşılıb.

Axar.az xəbər verir ki, bununla bağlı jurnalistlərin sorğusunu cavablayan DİN Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov xüsusi karantin rejimi ilə əlaqədar xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının insanların sağlamlığını və təhlükəsizliyini qorumaq məqsədi ilə onlardan mütləq qaydada tibbi maskalardan istifadə etməyi və sosial məsafə saxlamağı tələb etdiyini bildirib.

"Metro qatarında tibbi maskadan istifadə etməyən bir neçə sərnişindən də bu qaydalara riayət olunması tələb edildikdə onlar polisin qanuni tələbinə qəsdən tabe olmayaraq, mübahisəli vəziyyət yaradıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində həmin şəxslərdən bir neçəsi artıq saxlanılıb, barələrində müvafiq tədbirlər görülüb. Digərlərinin də müəyyən edilərək saxlanması üçün tədbirlər davam etdirilir.

Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, uzunmüddətli proses olan koronavirus infeksiyasına qarşı mübarizədə böyük əhəmiyyət kəsb edən qabaqlayıcı tədbirlər hər bir şəxsin gündəlik həyat tərzinə çevrilməlidir. Xüsusən mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq tibbi profilaktik qaydalara ciddi əməl olunmalı, nəfəs yollarını qoruyan fərdi vasitələrdən - maskadan, respiratordan mütləq qaydada istifadə edilməli, sosial məsafə gözlənilməlidir", - E.Zahidov deyib.

Tarix
2020.06.02 / 17:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla