Yuxarı

Bakıda bu avtobusların fəaliyyəti dayandırılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi karantin rejiminin gücləndirilməsi və Bakı Metropoliteni QSC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təşkil olunmuş 7 ekspress marşrut üzrə sərnişin daşımaları iyunun 4-dən dayandırılacaq.

Bu barədə Axar.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Bu xətlər üzrə istismarda olan avtobuslar müsabiqə nəticəsində “Bakı Bus” MMC-yə həvalə edilən xətlərə cəlb ediləcək. Bununla da istismar müddətini başa vuran, texniki baxımdan yararsız avtobusların bir qismi sərnişindaşımalardan kənarlaşdırılacaq.

Ekspress marşrutların fəaliyyət göstərdiyi ərazilərdə monitorinqlər keçirilərək, əhalinin sərnişindaşımaya olan tələbatı təhlil edilib. Müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobus sayının artırılması və Bakı Metropoliteninin 9 may tarixindən etibarən fəaliyyətinin bərpa olunması ilə əlaqədar ekspress marşrutlara olan tələbatın kəskin (84%) azalması müşahidə edilib.

Həmçinin, Agentliyin tələb və tövsiyələrini əsasən daşıyıcı şirkətlər tərəfindən sərnişin tələbatını qarşılamaq məqsədilə müntəzəm marşrutlar üzrə sərnişindaşıma xidməti göstərən avtobusların sayı artırılıb.

Xatırladaq ki, xüsusi karantin rejimi günlərində həyat fəaliyyətinin təmin edilməsi baxımından zəruri hesab olunan sahələrdə çalışan vətəndaşların daşınmasını təmin etmək məqsədi ilə təşkil edilən 7 ekspress xət 2 ay müddətində fəaliyyət göstərib. Bu müddətdə ekspress xətlər üzrə ümumilikdə 1,5 milyona yaxın sərnişin daşınıb. Metronun fəaliyyətinin məhdudlaşdırıldığı müddətdə isə həm müntəzəm, həm ekspress xətlər üzrə avtobuslarla 30 milyona yaxın sərnişin daşınıb.

Tarix
2020.06.02 / 19:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

Prezidentlər Ağdamda Cümə məscidinin açılışında...

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

Əliyev sabah səfərə gedir: Makron ofsaytda qaldı

Naxçıvanla quru yolu bu mexanizmlə təmin edilməlidir

Azərbaycan Aİİ-yə üzv ola bilərmi? - Prezident nöqtə qoydu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla