Yuxarı

Güzəştli mənzil seçimi başlayır: MİDA-dan müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güzəştli mənzil seçimi başlayır: MİDA-dan müraciət

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədilə bu il iyunun 1-dən “Güzəştli mənzil” sisteminin satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq (demo) versiyasını istifadəyə verib.

MİDA-dan Axar.az-a bildirilib ki, müvafiq xidmət istifadəçilərə həm satış, həm də gözləmə qaydasında mənzil seçimi proseslərinin bütün mərhələləri ilə yaxından tanış olmaq, elektron imza sertifikatlarından və texniki avadanlıqlarından istifadə bacarıqlarını təkmilləşdirmək imkanı yaradır.

“Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən Elektron İmza (www.e-imza.az) və ya “ASAN İmza” (www.asanimza.az) ilə öz elektron kabinetlərinə daxil olub, onlara təqdim edilmiş xüsusi keçid vasitəsilə satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.

Satış modulunun və gözləmə qaydasında mənzil seçiminin sınaq versiyası cari il iyunun 29-da saat 00:00-dək aktiv olacaq. Sistem vasitəsilə aparılan əməliyyatlar hər gün saat 00:00, 02:00, 04:00, 06:00, 08:00, 10:00, 12:00, 14:00, 16:00, 18:00, 20:00, 22:00-da yenilənərək sıfırlanacaq və mənzillər seçim üçün təkrarən aktivləşdiriləcək.

“Güzəştli mənzil” sistemində elektron kabinetə yeni sahib olmuş vətəndaşlar kabinetin yaradılması ilə bağlı qərarın verildiyi tarixin növbəti günündən etibarən həm satış modulunun, həm də gözləmə qaydasında mənzil seçiminin sınaq versiyasından istifadə edə bilərlər.

Sınaq versiyası vasitəsilə həyata keçirilən mənzillərin seçimi təlim xarakteri daşıyır və heç bir nəticə yaratmır.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq:

• ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli;

• agent bankdan aldığı ilkin razılıq qərarının “Güzəştli mənzil” sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Vətəndaşlar “108” Çağrı mərkəzinə zəng edərək xidmətlə bağlı bütün suallarına cavab tapa bilərlər.

Tarix
2020.06.02 / 20:14
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi

Azərbaycanda və Hindistanda su itkisinin həcmi...

Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...

Onlar Bakıdan Ermənistana gedəcək

TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri

Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..

Qlobal çağırışlara baxmayaraq, Azərbaycan... - Ukrayna səfiri

Ermənistan üzərindən Bakıya uçan Misir təyyarəsi...

12 günlük müharibədə Xamenei niyə aradan götürülmədi?

İranda hakimiyyətə Səfəvilər sülaləsi gəlsin - Buşun müavini

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla