Yuxarı

Ziyalılar İlham Rəhimova təşəkkür etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunun bir qrup ziyalısı hüquq elmləri doktoru, professor İlham Rəhimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin koronavirusla mübarizə çağırışına dəstək verdiyinə görə təşəkkür məktubu göndəriblər.

Axar.az məktubun mətnini təqdim edir:

“Dünyanı başına götürmüş və yüz minlərlə insanın ölümünə səbəb olmaqda davam edən COVİD-19 virusunun törətdiyi bu bəşəri bəla vətənimiz Azərbaycandan da yan keçməyib. İnsanların varlığına təhlükə yarandığı bu ağır günlərdə eloğlanlarımız - iş ortaqlarınız Qod Nisanov və Zarax İliyevlə birlıkdə doğma xalqımızı düşünməyiniz və təhlükəsizliyinin qayğısında olduğunuzu əməli fəaliyyətinizlə nümayiş etdirməyinizdən qürur duyduq. Sizin ölkə Prezidentinin müraciəti əsasında Koronavirusla Mübarizə Fonduna 2 milyon manat həcmində maddi vəsait köçürdüyünüzdən, əlavə olaraq ölkəyə müasir avadanlıqlarla təhciz olunmuş 10 ədəd təcili tibbi yardım ambulansları hədiyyə etdiyinizdən hədsiz dərəcədə məmnun olduq. Biz bu addımlarınızı belə ağır və çətin günlərdə xalqımıza və vətənimizə olan sevgi və diqqətinizin bariz nümunəsi hesab edirik. Ambulanslardan birinin Tovuz rayon səhiyyə sisteminə hədiyyə etməyiniz isə tovuzlulara əsl sürpriz oldu. Sizin bir neçə il öncə Cilovdarlı kəndində müasir tibbi avadanlıqlarla təhciz edilmiş xəstəxana tikdirməyinizi, bir çox imkansız ailələrə və tələbələrə təmənnasız yardım etməyinizi, eləcə də digər xeyriyyəçilik fəaliyyətinizi yüksək qiymətləndirik. Sadaladığımız fəaliyyətləriniz sizin yurda, el-obaya sıx bağlılığınızın göstəricisidir. Bütün bunlara görə, rayonumuzun sakinləri adından sizə dərin minnətdarlığımızı bildiririk”.

Tarix
2020.06.03 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla