Yuxarı

Maska taxmayanların cərimələri hara xərclənəcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda tibbi maska taxmamağa görə inzibati cərimələr İnzibati Xətalar Məcəlləsinin 25.8-ci bəndinə və hər ilin dövlət büdcəsi haqqında qanuna görə dövlət büdcəsinə ödəniləcək.

Axar.az xəbər verir ki, bunu Report-a Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mayis Piriyev bildirib.

"Daha əvvəl də qeyd etdiyimiz kimi, karantin rejiminin pozulmasına görə tətbiq olunan cərimələr hesabına əlavə büdcə daxilolmalarının koronavirusla mübarizə tədbirlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur", - deyə nazirlik rəsmisi bildirib.

Xatırladaq ki, pamdemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu, Prezident İlham Əliyevin ötən gün təsdiqlədiyi İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.

Tarix
2020.06.03 / 17:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

İlham Əliyev Japarovun şərəfinə dövlət ziyafəti verdi

Ermənistan səfirliyinin əsassız ittihamlarına cavab

Bu, qardaşlığımızın rəmzinə çevriləcək - Prezident

Ermənilərin dünən etdiyini unutmayacağıq…

İlham Əliyev İraq prezidentinə dəvət göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla