Yuxarı

Nazir əmr imzaladı, yeni şura yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri Ceyhun Bayramov Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının yaradılması haqqında əmr imzalayıb.

Axar.az xəbər verir ki, əmrin imzalanmasında məqsəd dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin sertifikatlaşdırılmasının təşkil etməkdir.

Əmrə əsasən, Şuranın tərkibi aşağıdakı kimidir:

Şuranın sədri - Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva

Şuranın üzvləri:

Fərzəli Qədirov - Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini

Elnur Məmmədov - Təhsil nazirinin müşaviri, İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən

Eşqi Bağırov - Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri

Vəfa Yaqublu - Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri

Murad Camalzadə - Təhsil İstitutunun Təhsil işçilərinin sertifikatlaşdırılması mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən

Vüsal Xanlarov - Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi.

İnsan resursları şöbəsi (E.Bağırov) və Hüquq şöbəsinə (A.Cəfərov) 30 gün müddətində Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının Əsasnaməsini hazırlayıb təsdiq edilməsi üçün təqdim etmələri tapşırılıb.

Nazir əmrin icrasına nəzarəti öz üzərində saxlayıb.

Tarix
2020.06.05 / 10:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla