Yuxarı

Həftəsonu qadağaları ilə bağlı müraciət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mətbuat Şurası həftəsonu qadağaları ilə bağlı media nümayəndələrinə müraciət edib.

Şuradan Axar.az-a daxil olan müraciət mətnində deyilir:

"Nazirlər Kabineti yanında Operativ Qərargahın 4 iyun 2020-ci il tarixli qərarına görə, iyunun 6-ı saat 00.00-dan 8 iyun saat 06.00-dək Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılacaq (xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti avtomobillərinin hərəkəti sitisna olmaqla). Qeyd olunan tarixdə əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Cəmiyyətin informasiya ilə təminatı son dərəcə mühüm məsələdir. Mövcud istiqamətdə hər hansı ləngimələrin, geriləmələrin olması yolverilməzdir. KİV-lərin və jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması eyni zamanda ictimaiyyətdə ruh yüksəkliyinin sabit saxlanılması baxımından mühüm əhəmiyyət daşımaqdadır.

2020-ci il 6 iyun saat 00.00-dan 8 iyun saat 06.00-dək fəaliyyətinə icazə verilən sahələr sırasında kütləvi informasiya vasitələri kimi yalnız televiziya və radio kanalları, kabel televiziyaları yer alır.

Nəzərə alınmalıdır ki, Operativ Qərargahın xüsusi karantin rejiminin müəyyən günlərdə sərtləşdirilməsi qərarı COVİD-19 virusunun yayılma sürətinin azaldılmasından, onun törədə biləcəyi fəsadların minimuma endirilməsindən irəli gəlib. Buna görə də göstərilən tarixlərdə digər media qurumlarında çalışan jurnalistlərin, habelə blogerlərin və frilanserlərin fəaliyyətlərini onlayn şəkildə - yaşayış yerlərindən və olduqları yerlərdən uzaqlaşmamaq şərtilə həyata keçirmələri, müəyyənləşdirilmiş qaydaya əməl etmələri zəruridir.

Operativ Qərargahın qərarındakı məhdudlaşdırıcı mahiyyət ümumi xarakterli olmaqla, təhlükəli virusdan müdafiədə effektivliyi artırmaq, əhalini qorumaq, mümkün qədər çox insanın evdə qalmasını təmin etmək məqsədi daşıyır. Nəzərə alınmalıdır ki, bir qayda olaraq KİV-lərin əksəriyyəti həftənin şənbə və bazar günləri öz işlərini məhdudlaşdırırlar, bəziləri ümumiyyətlə işləmir.

Onu da qeyd etmək lazımdır ki, koronavirus pandemiyası ilə əlaqədar dünyanın bir çox ölkələrində müxtəlif sahələr kimi, mediaya münasibətdə də məhdudiyyətlər tətbiq edilib və edilməkdədir. Ancaq Azərbaycanda fərqli yanaşmanın şahidi olduq. Belə ki, xüsusi karantin rejiminin əvvəlki mərhələlərində bütün növ media orqanlarının, o cümlədən müstəqil jurnalistlərin sərbəst fəaliyyətləri təmin edildi, bu məqsədlə Nazirlər Kabineti yanında Operativ Qərargahla Azərbaycan Mətbuat Şurasının müştərək əməkdaşlığı faydalı oldu, müəyyən anlaşılmazlıqların aradan qaldırılması təmin edildi. Bu istiqamətdəki əməkdaşlıq bundan sonra da davamlı olacaqdır.

Azərbaycan Mətbuat Şurası bir daha ölkə jurnalistlərinə müraciət edərək Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara əməl etməyə, məhdudiyyətləri nəzərə alaraq fəaliyyət göstərməyə çağırır. Əsas olan koronavirus pandemiyası ilə mübarizənin aparılması, vətəndaş mövqeyinin və məsuliyyətinin ortaya qoyulmasıdır. Şura əmindir ki, jurnalistlər bu mərhələdə də nümunəvi davranışları ilə yadda qalacaqlar".

Tarix
2020.06.05 / 10:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla