Yuxarı

Bəhram Bağırzadə koronavirusa yoluxub? - Açıqlama

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020.06.07.12:28

Koronavirusa yoluxduğu haqqında xəbər yayılan əməkdar artist Bəhram Bağırzadə sosial şəbəkədə açıqlaması ilə hər kəsi təəccübləndirib.

Axar.az xəbər verir ki, Bəhram Bağırzadə haqqında yayılan məlumatları təkzib edib:

“Səhranın bəyaz günəşi” filmindəki ifadəni xatırlayırsınız? Bax, indi mənə öz ölkəmə görə ayıb deyil, çünki ana və vətəni seçmirsən, normal adam, qadın, ya kişi fərqi yoxdur, vətənini sadəcə sevir və onun problemlərinə görə ürəyi yanır. Mən, artıq bundan sonra böyük təəssüflə keçmiş adlandıracağım bəzi dostlarım və vətəndaşlarımıza görə utanıram. Əsl dost nə edir? O gəlib kömək edir, əgər gələ də bilmirsə, heç olmasa zəng edib, dəstəyini ifadə edir. Bəs, əsl dost səni diri-diri basdırıb, camaatı dəqiq ünvan və vaxt göstərməklə cümə axşamı yas məclisinə dəvət edirsə? Adamın temperaturunun qalxması hökmən onun koronavirus olduğu deyil ki. Ya əgər mənim beşinci nöqtəmdə civzə çıxıbsa, bu o demək deyil ki, məndə zöhrəvi xəstəlik var. Bu assosiativ sıranı uzada bilərəm, amma ehtiyac yoxdur".

O, COVİD-19 diaqnozuna görə gizli danışıqlar apardığı barədə iddialara sərt reaksiya verib:

"Məni “o dünyaya göndərənləri” bağışlayıram. Amma mənə korona ilə bağlı mifoloji müqavilələrə qoşulduğumu deyənləri yox! Mən reklamda çəkilə bilərəm, çünki aktyoram və bu da peşəmin bir parçasıdır. Mən birbaşa efirlər apara bilərəm, çünki bu da peşəmin bir parçasıdır. Lakin mən fərqi yoxdur, taclı- tacsız koronavirusun reklamı ilə məşğul olmaram. Bunu mənə yaxmağa çalışanların ata, ana, bacıları ola bilsin ki, bu yolla pul qazanırlar. Bu, onların seçimidir və əgər doğrudan da, belə edirlərsə, mənim onlara yazığım gəlir. Mən minlərlə həyatı aparan ölüm və xəstəlik yayan heç bir şeylə alver edə bilmərəm. Bu, mənim şüurlu seçimimdir.

Mənə dəstək verən hər bir kəsə sağ ol deyirəm. Xüsusilə də, öz əsl simasını göstərənlərə. Allaha minnətdaram ki, o bir daha yeni sabahların açılması üçün önümü açdı. Hamıya möhkəm can sağlığı və səbr arzu edirəm!"

Tarix
2020.06.08 / 01:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla