Yuxarı

Sərt karantin: bu şəxslərin maaşı kəsiləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərt karantin: bu şəxslərin maaşı kəsiləcək?

Azərbaycanda dövlət və özəl müəssisələrdə 6 günlük iş rejimində çalışan şəxslər şənbə günü tətbiq edilən sərt karantin rejiminə görə 5 gün işləmək məcburiyyətində qalıblar. Bəs görəsən, karantin rejiminə görə az işləmək bu şəxslərin əmək haqlarına hansısa formada təsir edəcəkmi?

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib ki, nazirlik işəgötürənlərə sərt karantin rejimi ilə əlaqədar işə çıxmayan işçilərin əmək haqlarının ödənilməsini tövsiyə edir:

“Bildiyiniz kimi, koronavirus (COVİD-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Azərbaycan dövləti tərəfindən çoxsaylı tədbirlər görülür. Bunun qarşılığında isə hər bir işəgötürən sosial həmrəylik və sosial məsuliyyət prinsiplərini yüksək tutaraq, xüsusilə hazırkı şəraitdə məşğulluq məsələlərinə həssaslıqla yanaşmalı, işçilərin əmək hüquqlarına etinasız münasibətə, onların işdən çıxarılması, ixtisarı hallarına yol verməməlidir. Qeyd edək ki, pandemiya ilə əlaqədar elan edilmiş xüsusi karantin dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən qərar və məlumatlarda dövlət orqanlarında və qurumlarında işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması qeyd olunub. Həmçinin digər sahələrdə işə cəlb edilməyən işçilərin əmək haqlarının saxlanılması işəgötürənlərə ciddi tövsiyə edilib. Son günlər karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədər şənbə-bazar günləri iş günü olan, lakin işə çıxmayan işçilərin əmək haqlarının ödənilməsi məsələsində də işəgötürənlər tərəfindən əvvəlki qərarların tələblərinə riayət olunmasını məqsədəuyğun hesab edirik”.

Tarix
2020.06.09 / 14:45
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Türkiyədə Azərbaycanı düşmən sayanların sayı... - Nə baş verir?

Türk fenomen Azərbaycanı qınayanları susdurdu - Video

İlham Əliyevin Formula-1-lə bağlı paylaşımı - Video

Keçmiş deputat vəzifədən azad edildi

Biz bu sistemə sadiq qalırıq - Ceyhun Bayramov

İlham Əliyev bu tədbirdə iştirak etdi - Video

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

İlham Əliyev Məhəmməd Ben Sulayem ilə görüşdü

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla