Yuxarı

Bakıda avtobuslarda kondisionerə məhdudiyyət qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVİD-19 infeksiyasının yayılma riskini nəzərə alaraq ictimai nəqliyyatda, ictimai iaşə obyektlərində sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub.

Axar.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, TƏBİB-in tövsiyəsinə əsəsən, bu addımın atılmasında əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır: "Çünki avtobuslarda olan sərinləndirmə sistemi havanı daxildə dövr etdirir ki, bu da virusun yayılma riskini artırır. Sərinləndirmə sistemlərinin işə salınmaması sərnişinlərimiz arasında müəyyən qədər narahatlıq yaradıb ki, bu səbəbdən də onlardan məsələni anlayışla qəbul etmələrini xahiş edirik. Təəssüflər olsun ki, bəzi maraqli dairlərin və bəzi daşıyıcıların əlində alətə çevrilən müyyən informasiya saytları bu məsələdə də spekulyasiyalara əl atırlar. Əsassız fikir və yalnış rəy yaymaqla görülən işlərə kölgə salır, sərnişinlər arasında yersiz təşviş və çaşqınlığın yaranmasına səbəb olurlar".

M.Ağayevin qeyd etdiyi kimi, son 5 ildə dövlətin diqqəti və qayğısı nəticəsində Bakı şəhəri üçün 600-dən artıq müasir, komfortlu, o cümlədən sərinləndirmə sistemləri olan avtobus alınıb:

"Avropanın inkişaf etmiş şəhərləri ilə müqayisədə bu çox mühüm bir statistikadır. Alınan avtobusların ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verməsi görülən tədbirlərin əhəmiyyətini daha da artırır. Bütün bunlar isə vətəndaşlarımıza təhlükəsiz və rahat sərnişindaşıma xidmətlərinin göstərilməsi üçündür. Bu gün sərinləndirmə sistemlərinin işə salınmaması da elə sərnişinlərimizin sağlamlığı və təhlükəsizliyi üçündür. Məsələ ilə əlaqədar beynəlxalq təcrübədə tədqiq olunub. Məlumat üçün bildirək ki, hazırda Moskva və İstanbul şəhərlərində də avtobuslarda bütün havalandırma və kondisioner sistemi söndürülüb".

Tarix
2020.06.10 / 19:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla