Yuxarı

97 sərnişin avtobusu idarəetmədən kənarlaşdırılıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
97 sərnişin avtobusu idarəetmədən kənarlaşdırılıb

Son 5-6 gündə Bakıda aparılan reydlər nəticəsində 97 sərnişin avtobusu idarəetmədən kənarlaşdırılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, avtobuslar əsasən sənədsiz və nasaz idarə olunduğundan idarəetmədən kənarlaşdırılıb. Bunların arasında avtobusların sənədsiz idarə edilməsinə daha çox rast gəlinir.

Onun sözlərinə görə, reydlər zamanı 150-dən çox avtobus sürücüsü inzibati məsuliyyətə cəlb olunub.

K.Əliyev bu reydlər davamlı olacaq.

Şöbə rəisinin sözlərinə görə, reydlərin keçirilməsində məqsəd ağır qəzaların baş verməsinin qarşısını almaq, sərnişindaşımada nizam-intizam yaratmaq, yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir:

"Yol polisi tərəfindən yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı ciddi tədbirlər görüləcək. Onlar bilməlidirlər ki, onlarla insanın həyatına görə məsuliyyət daşıyırlar. İnsanların həyatı ilə oynamaq olmaz. Ona görə də avtobus sürücüləri diqqətli olmalı və "Yol hərəkəti haqqında" qanunun tələblərinə ciddi riaayət etməlidirlər".

Qeyd edək ki, 2013-cü ilin 11 ayı ərzində avtobusların iştirakı ilə 97 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 52 nəfər ölüb, 116 nəfər xəsarət alıb (az.trend.az)

Tarix
2013.12.21 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Əcəmi Naxçıvaninin abidəsi açıldı - Foto

Prezidentdən Naxçıvan səfəri ilə bağlı - Video

İrana ikinci dəmir yolu xətti açılacaq - İlham Əliyev

Hazırda Təbriz səmasında qeyri-adi işıq görülür - Video

Prezident Möminə xatun türbəsində bərpa işləri ilə tanış oldu

İlham Əliyev Naxçıvan şəhərinin Baş Planı ilə tanış oldu

"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu

İlham Əliyev AzTV-yə müsahibə verdi

Prezident Döyüş bayraqlarının verilməsi mərasimində

Prezident Naxçıvan Regional DOST Mərkəzinin açılışında

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla