Yuxarı

Bazarlarda bahalaşma müşahidə olunur - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bazarlarda bahalaşma müşahidə olunur - Video

Yanacağın qiymətinin artımından sonra bazarlarda bəzi ərzaq məhsullarının qiymətində də bahalaşma müşahidə edilir. O cümlədən, meyvə-tərəvəzin qiyməti artıb. Müşahidələr onu göstərib ki, bahalaşma daha çox xaricdən gətirilən məhsulların hesabına olub.

Paytaxt bazarları ilə yanaşı, rayon bazarlarında da satışa çıxarılan kənd təsərrüfatı məhsullarıının əksəriyyətini xarici ölkələrdən gətirilən meyvə -tərəvəz tutur. Göyçay bazarında gözə dəyən yeganə yerli məhsul nar idi. Satıcıların sözlərinə görə, rayon bazarına meyvə-tərəvəz İran, Türkiyə, Gürcüstan kimi ölkələrdən gətirilir və yerli məhsulla müqayisədə baha qiymətə satılır. Bazarda aparılan müşahidələr göstərir ki, alma, portağal, feyxua, banan, üzüm, qoz və fındıqda qiymət artımı 50 qəpiklə 1 manat arasındadır. Hazırda rayon bazarına Gürcüstandan gələn və əhalinin gündəlik qida rasionunu təşkil edən kartof, soğan kimi kənd təsərrüfatı məhsulları isə bir ay əvvəl kq-60-70 qəpiyə satılırdısa, indi 1 manat 50 qəpiyə satılır.

Satıcılar deyir ki, başqa yerdən məhsul gətirmək heç onların özünə də sərf eləmir. Xüsusilə də yanacağın bahalaşması və yol xərclərinin artmasından sonra.

Yerli istehsalçılar isə bildirirlər ki, əkib-becərdikləri meyvə- tərəvəz məhsullarını rayonda soyuducu anbarlarının azlığı və məhsulun çürüməsi üzündən bu vaxta saxlamaq mümkün olmur. Ona görə də məhsul yetişən kimi elə sahədəcə dəyər-dəyməzinə satılır. (anspress.com)

Tarix
2013.12.21 / 13:19
Müəllif
Axar.az
Digər xəbərlər

Xalqlarımızı sülhə hazırlamalıyıq – Hikmət Hacıyev

Hikmət Hacıyev KƏŞ-in baş katibi ilə görüşdü

Vəfa ilə müsahibəyə görə erməni kanalı bağlandı - Video

Qətər və AB strateji tərəfdaşlıq sazişi üzrə danışıqlara başladı

Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu - Video

Prezident BƏƏ-nin bir sıra şirkətlərinin rəhbərlərini qəbul etdi

Ərdoğanın müavini Azərbaycana gəlir

Bakı ilə narrativlərimiz ziddiyyətli idi... - Qriqoryan

Tramp buna görə İlham Əliyevə təşəkkür etdi

Eyyubov Moskvada mühüm iclasda: Diqqət çəkən məqam...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla