Yuxarı

Sahibə Qafarova islahatlardan danışdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda reallaşdırılan iqtisadi islahatlar uğurlu siyasi islahatlarla tamamlanır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, həm konseptual, həm də struktur xarakteri daşıyan bu islahatlar dövlət idarəçiliyi sisteminin təkmilləşdirilməsi, optimallaşdırılması, səmərəliliyinin artırılması, qərarların icrası mexanizminin müasir tələblərə uyğunlaşdırılması və yeni keyfiyyət mərhələsinə yüksəldilməsi məqsədlərinə xidmət edir: “Eyni zamanda Azərbaycanda demokratik təsisatların möhkəmləndirilməsi, siyasi plüralizmin və çoxpartiyalı demokratik siyasi sistemin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının təmin edilməsi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinə geniş imkanların yaradılması, dövlət və özəl qurumların fəaliyyətində şəffaflığın və hesabatlılığın təmin olunması, ictimai və sosial xidmətlər sahəsində institusional islahatların reallaşdırılması ilə yeni və ciddi keyfiyyət dəyişikliyinə nail olunması, həyata keçirilən kadr islahatları müasir mərhələdə Azərbaycanda praqmatik, düşünülmüş siyasi kursun reallaşdırılmasını təsdiq edir”.

Milli Məclisin sədri vurğulayıb ki, insanların sosial müdafiəsinin gücləndirilməsi də daim Prezident İlham Əliyevin diqqət mərkəzində olub.

S.Qafarovanın sözlərinə görə, 2003-2019-cu illər ərzində ölkədə təxminən 2 milyon yeni iş yeri açılıb, işsizlik səviyyəsi 5 faizədək aşağı endirilib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir: “İşsizliyin aşağı səviyyədə olması həmçinin respublikamızda yoxsulluğun 49 faizdən 5,4 faizə enməsini şərtləndirib. Bu dövrdə cəmiyyətin bütün təbəqələrindən olan insanların, xüsusilə də həssas qrupların rifahına xidmət edən islahatlar ardıcıllıqla davam etdirilib. Təkcə ötən il iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində 100-dən çox fərman və sərəncam imzalanıb, 4,2 milyon vətəndaşı əhatə edən sosial paket həyata keçirilib. Bütün bu faktlar bir daha Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayandığını təsdiq edir”.

Tarix
2020.06.15 / 11:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla