Yuxarı

COVİD-19 arayışını bu klinikalar verəcək – Siyahı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
COVİD-19 arayışını bu klinikalar verəcək – Siyahı

Azərbaycan Hava Yolları (AZAL) 17 və 18 iyun tarixlərində Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.

AZAL-dan Axar.az-a verilən məlumata görə, uçuş zamanı qeydiyyat masasında COVİD-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir.

AZAL-ın İstanbuldan Bakıya reyslərində COVID-19-a dair neqativ nəticə barədə arayışı etibarlı hesab edilən Türkiyə klinikalarının siyahısı genişlənib. Laboratoriyaların tam siyahısı ilə BURADA tanış ola bilərsiniz.

Bakıdan uçuş zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş xüsusi laboratoriyaların verdiyi arayışlar etibarlı hesab olunur. Hər iki halda test reysin uçuşundan ən gec 48 saat əvvəl verilməlidir.

Xatırladırıq ki, hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək. Bakı-İstanbul-Bakı istiqamətində reyslərə aviabilet satışı aviaşirkətin www.azal.az saytında həyata keçiriləcək. Bakı-İstanbul reysinə aviabiletləri Azərbaycan, Türkiyə və digər dövlətlərin vətəndaşları olan, həmin ölkələrə daxil olmaq hüququna malik olan şəxslər əldə edə bilər. İstanbul-Bakı reysinə yalnız Azərbaycan vətəndaşları buraxılacaq.

Tarix
2020.06.15 / 15:45
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycana gəlir

Rəsmi Bakıdan Fransaya sərt reaksiya: Qəbuledilməzdir!

Tramp-Putin-Szinpin görüşü: Yalta-2 olacaqmı?

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla