Yuxarı

Lənkəranda polisdən nümunəvi hərəkət - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu digər şəhər və rayonlarda olduğu kimi, Lənkəranda da polis Operativ Qərargahın qərarlarının icrasına nəzarəti həyata keçirməklə yanaşı, çətinliklə üzləşən vətəndaşlara vaxtında lazımi kömək göstərilməsində yaxından iştirak edir.

Axar.az xəbər verir ki, sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Lənkəran rayonunun Şağlaküçə kənd sakini Rəna Fərəcova ötən gün Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək, bacısının 10 yaşlı qızının qidadan zəhərləndiyini bildirib və uşağın xəstəxanaya çatdırılması üçün kömək istəyib. Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları və həmin vaxt polislə birlikdə ərazidə xidmət aparan Daxili Qoşunların hərbi qulluqçuları dərhal həmin ünvana gedərək, azyaşlıya tibbi yardım göstərilməsi üçün onun Lənkəran Rayon Mərkəzi Xəstəxanasının müvafiq şöbəsinə çatdırılmasını təmin ediblər.

Həmçinin ötən gün Ürgə kənd sakini Gülqayıt Novruzova gəlininin təcili olaraq Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə çatdırılmasına kömək göstərilməsi üçün polisə müraciət edib. Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən dərhal qadının doğuş üçün xəstəxanaya çatdırılması təmin olunub. Bu gün həmin qadın yenidən polisə müraciət edib və yeni dünyaya gəlmiş nəvəsi və gəlininin evə aparılması üçün kömək istəyib. Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər yaşadıqları Ürgə kəndinə aparılıb və yeni dünyaya gəlmiş körpə ailəsinə təhvil verilib.

Hər iki ailə göstərilən köməyə görə polisə təşəkkürlərini bildiriblər.

Tarix
2020.06.15 / 19:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla