Yuxarı

Ombudsman: Korona ilə bağlı əsassız xəbərlər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva kütləvi informasiya vasitələrinə və sosial şəbəkə istifadəçilərinə müraciət edib.

Axar.az xəbər verir ki, müraciətdə qeyd olunub:

“Məlum olduğu kimi, Azərbaycanda yeni növ koronavirus infeksiyasının (COVİD-19) geniş yayılmasının qarşısının alınması istiqamətində dövlət tərəfindən ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir. Ötən müddət ərzində xüsusi karantin rejimi dövründə həyata keçirilən təxirəsalınmaz tədbirlərin qanunauyğun nəticəsi kimi, yoluxma hallarının sayı minimuma endirilmiş, ölüm halları çox aşağı səviyyədə olmuş, xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalanların sayı isə yeni yoluxma hallarının sayını kəskin üstələmişdir.

Amma xüsusi karantin rejiminin yumşaldılmasından sonra infeksiyaya yoluxma halları yenidən artmışdır ki, bunun da başlıca səbəbi bir çox insanın müəyyən olunmuş qaydalara, o cümlədən sosial məsafənin qorunması, tibbi maska kimi qoruyucu vasitələrdən istifadə edilməsi tələblərinə əməl etməməsi, eləcə də şəxsi gigiyena normalarının pozulmasıdır.

Heç şübhəsiz, indiki şəraitdə pandemiya ilə mübarizənin effektivliyi vətəndaşların davranışından və məsuliyyətli yanaşmasından asılıdır. Eyni zamanda, kütləvi informasiya vasitələri bu istiqamətdə maarifləndirmə və təbliğat işini düzgün təşkil etməklə dövlətin pandemiya ilə mübarizəsinə ictimai dəstəyini davam etdirməlidir. Təəssüflə bildiririk ki, son zamanlar koronavirus pandemiyası ilə əlaqədar heç bir elmi əsası olmayan, konspiroloji nəzəriyyələrə əsaslanan məlumatlar KİV tərəfindən yoxlanılmadan, təhlil edilmədən tirajlanır. Bu isə ictimai rəyə neqativ təsir göstərərək insanlarda səhv fikir formalaşdırır, məsuliyyət hissini aşağı salır. Nəticə etibarilə, cəmiyyət üzvləri maska taxmaq, sosial məsafə saxlamaq, şəxsi gigiyena normalarına əməl etmək kimi sadə üsulladan istifadə etməkdən yayınırlar.

Həm KİV nümayəndələrini, həm də sosial şəbəkə istifadəçilərini vətəndaş məsuliyyəti nümayiş etdirməyə, əsassız məlumatları yaymamağa çağırırıq”.

Tarix
2020.06.15 / 20:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Delimitasiya komissiyasının iclası: razılıq əldə edildi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla