Yuxarı

Saxta şprisi necə ayırmalı? – Sahibkar xanım

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hökuməti ilə müştərək yaradılan “Diamed-Co” şpris istehsalı zavodu Almaniya və İsveç texnologiyası əsasında qurulub.

Axar.az xəbər verir ki, bu sözləri “Diamed-Co” şpris istehsalı zavodunun təsisçisi Aytən Quliyeva Sosium.az-a geniş müsahibəsində deyib.

O bildirib ki, zavodun məhsulları Avropa protokollarına uyğundur və iynə ucları Yaponiyanın “Nipro”, xammal isə İsveçrənin “İnyos” şirkətlərinə məxsusdur:

“Hazırda dörd çeşiddə məhsul istehsal edirik və bunlar 2, 5, 10 və 20 qramlıq şprislərdir. İllik istehsal gücümüz 150 milyon ədəddir. Halbuki statistik araşdırmalara görə, Azərbaycanın illik şpris tələbatı 130 milyon ədəddir. Bu günə qədər 35-40 faiz gücümüzlə çalışmışıq. Qarşıdakı aylarda isə zavodun 100 faiz gücü ilə çalışmağı hədəfləyirik. Artıq iki növbəli iş rejiminə keçidi təmin etmişik və hazırda 51 işçimiz fəaliyyət göstərir. Yaxın zamanlarda onların sayını 150-yə qaldırmağı düşünürük. Qeyd edim ki, Almaniyanın tamamilə eyni texnologiya əsasında istehsal etdiyi şprislər apteklərdə 1 manata satıldığı halda bizim istehsal etdiyimiz şprislər 8-10 qəpik civarındadır”.

A.Quliyeva qeyd edib ki, hazırda ikinci layihə - serrum istehsalı zavodu üzərində işləyirlər:

“Bildiyiniz “natrium xlorid”, “ringer” və bütün bu qəbildən olan məhlulları istehsal edəcəyik. Eyni zamanda “Diamed-Co” şpris istehsalı zavodu olaraq çeşid sayını artırmağı planlaşdırırıq. Bu sıraya insulin iynələri, cərahiyyədə istifadə olunan vazofikslər, vakuumlu kəpənək iynələri və s. aiddir ki, təxminən üç ay sonra onların istehsalına başlayacağıq”.

Aytən Quliyeva iki şprisi müqayisə edib. Bunlardan biri Çin istehsalı olan, digəri isə “Diamed-Co” şpris istehsalı zavodunun istehsal etdiyi şprislərdir. Çin istehsalı olan məhsul qara rezinlə mühafizə olunur. “Diamed-Co”nun şprislərində isə bu yoxdur.

O bildirib ki, qara rezinlər ovxalanır və qana qarışmaq, təhlükə riski var. Bu səbəbdən Avropa protokollarına görə, məhsullar bu rezinin iştirakı olmadan istehsal edilməlidir.

İynə ucluqlarına gəlikdə isə sahibkar xanımın sözlərinə görə, hər bir şpris çeşidinə uyğun (2, 5, 10, 20 qramlıq) fərqli iynə ucluqları ilə təchiz olunmalıdır:

“Bizim bazarda isə bütün şprislərə eyni iynə ucluqları yerləşdirilir ki, bu qətiyyət yolverilməzdir və beynəlxalq normativlərə ziddir. Çox təəssüf ki, bizim bazarda da saxta şpris və iynələr olub. Ancaq hazırda onların sayında ciddi azalma var”.

Zavid rəhbəri məhsulların ixracı üçün xarici bazarları öyrəndiklərini də qeyd edib.

Tarix
2020.06.16 / 23:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla