Yuxarı

"Özünü qoru, çevrəni xilas et" - Media Hərəkatı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova koronavirus pandemiyası ilə mübarizədə mövcud təhlükənin başa düşülməsi, durumun ciddiliyinin vətəndaşlar tərəfindən qəbul edilməsi, özünüqoruma vasitələrindən istifadənin həyat tərzinə çevrilməsi üçün media təmsilçiləri və jurnalistləri "Özünü qoru, çevrəni xilas et" adlı Media Hərəkatına qoşulmağa dəvət edib.

Axar.az xəbər verir ki, bu barədə İ.İbrahimova özü məlumat yayıb:

O qeyd edib ki, bu gündən Media Hərəkatına qoşulanlar virus təhlükəsindən uzaq durmaq üçün qoyulan tələblərə mütləq əməl olunmasının vacibliyini, vəziyyətin ciddiliyini anladan maarifləndirici çağırışlar edəcək:

"Müraciətimiz yaxınlarımıza, dostlarımıza və bütün xalqımızadır: Yaxınlarınızı, ətrafınızı riskə atmayın, özünüzü, böyüklərinizi, çevrənizi xilas etmək üçün özünüqoruma vasitələrindən istifadə edin. Çətin də olsa, həyatınız naminə, sağlamlığınız naminə yeni qaydalarla yaşamağı öyrənin, məsafə saxlayın, qoruyucu vasitələrdən istifadə edin, bir sözlə qoyulan tələblərə ciddi riayət edin.

Başımızın üstünü alan təhlükə barədə biz hər gün sarsıdıcı məlumatlar alır, həyatla çarpışan xəstələrin mücadiləsini görürük. Buna görə də gəlin onları sağaltmağa, həyata qaytarmağa çalışan, özlərini riskə atan tibb işçilərinin fədakarlığını, əziyyətini, qəhrəmanlığını qiymətləndirək və onlara dəstək olaq. Üzləşdiyimiz bu çətin durumda hər birimiz özümüzü qorumalıyıq ki, yaxınlarımız, doğmalarımız, dostlarımız sağlam qalsın. Bir daha vətəndaşlarımızı rastlaşdığımız bu çətin vəziyyətlə mübarizədə məsuliyyətli olmağa, bütün qaydalara ciddi əməl etməyə çağırırıq. Biz məsuliyyətli olmasaq, özümüzü və yaxınlarımızı qorumasaq bu xəstəlik daha da uzun çəkəcək. Gəlin xəstəlik ailəmizə gəlib çatmamış, sevdiklərimizi bizdən ayırmamış bu virusa qalib gələk".

Hərəkata qoşulan jurnalistlər və ictimai fəalların siyahısını təqdim edirik:

İradə İbrahimova

Aynur Camal

Anar Niftəliyev

Qurban Yaquboğlu

Nərgiz Cavadzadə

Aytən Novruz

Rəşad Məcid

Vüqar Rəhimzadə

Emin Musəvi

Nurşən Quliyev

Ləman Ələşrəfqızı

Mehriban Məmmədova

Murad Əliyev

Elçin Zahiroğlu

Əfqan Qafarlı

Mahir Məmmədli

Elnur Məhərrəmli

Gülşən Raufqızı

Namidə Bingöl

Səmayə Məmmədova

Elnur Kələntərli

Günay Malikqızı

Günay Yelmarqizi

Azər Qismət

Ramina Eyvazqızı

Səbuhi Qafarov

Əlişir Əhəd

Mais Ağayev

Vüqar Hüseynov

Rəvanə Əliyeva

Samir Əli

Pərvanə İmanova

Zöhrə Əliyeva

Kəmalə Namazova

Elməddin Quliyev.

Tarix
2020.06.18 / 14:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdam Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla