Yuxarı

Çarukyan dindirildi, polis hərəkətə keçdi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezidenti Nikol Paşinyanın siyasi repressiyalarına məruz qalan Çiçəklənən Ermənistan Partiyasının oliqarx rəhbəri Qaqik Çarukyanla bağlı məhkəmə dinləməsi keçirilib.

Axar.az xəbər verir ki, prosesin keçirildiyi binanın qarşısına Çarukyanın tərəfdarları və Çiçəklənən Ermənistan Partiyasının deputatları toplaşıb.

Polis onlara müdaxilə edərək, binadan uzaqlaşdırıb və binanı dəmir arakəsmələrlə mühasirəyə alıb.

Bir neçə saat davam edən dinləmələrdən sonra Çarukyan binadan çıxıb və jurnalistlərə açıqlamasında prosesin sabah davam etdiriləcəyini bildirib.

“Qərar verilməyib. Məhkəmə sabah saat 10:30-da baş tutacaq”, - deyə partiya lideri bildirib.

Milli Təhlükəsiz Xidmətinin yeni cinayət işi qaldırması ilə bağlı iddiaları isə Çarukyan növbəti dəfə “qondarma” adlandırıb:

“Bu, mənim 5 iyundakı çıxışımla bağlı olan siyasi təzyiqdir”.

Qeyd edək ki, bir neçə gün öncə Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasının ölkədəki bütün ofislərində yoxlama aparıb. Eyni zamanda Çarukyan yaşadığı evdən istintaqa aparılıb.

Ona qarşı qanunsuz fəaliyyəti nəticəsində dövlətə külli miqdarda (62 milyon dollar) ziyan vurması, həmçinin 2017-ci il seçkilərində seçicilərin səsinin pulla alınmasına cəhd ittihamı irəli sürülüb.

Ermənistan parlamenti Baş prokurorun təqdimatı ilə Çarukyanın deputat toxunulmazlığını ləğv edib.

Çarukyan ətrafında baş verən prosesləri siyasi repressiya kimi qiymətləndirən tərəfdarlarının keçirdiyi aksiyaya isə zor tətbiq edilib. Nəticədə aralarında deputatların da olduğu çoxsaylı etirazçı xəsarət alıb, 100-dən çox şəxs saxlanılıb.

Tarix
2020.06.19 / 00:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla