Yuxarı

Sərt karantin rejiminin tətbiqi qaçılmaz idi - Həkim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

COVİD-19-a yoluxma hallarının sayının artması ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsini tələb edir.

Axar.az xəbər verir ki, bunu Trend-ə tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.

Onun sözlərinə görə, son günlərdə Azərbaycanda bir sutka ərzində qeydə alınan yeni yoluxma hallarının sayı 300-dən aşağı olmur. Bu isə o deməkdir ki, ölkədə səhiyyə sisteminin üzərinə düşən yük getdikcə artır.

Mütəxəssisin sözlərinə görə, artıq elə bir vəziyyət yarana bilər ki, səhiyyə sistemi də bu yükü daşıya bilməz. Çünki xəstəxanaların doluluq səviyyəsi müəyyən edilmiş həddi keçərsə, yeni yoluxan xəstələrin xəstəxanalara yerləşdirilməsi ilə bağlı problemlər yarana bilər. Bu halların olmaması üçün ən vacib tədbirlər insanların özləri tərəfindən görülməlidir:

“Artıq insanlar Avropada yaranan təcrübənin şahidi olublar. Həmin ölkələrdə xəstələri xəstəxanalarda yerləşdirmək üçün yerlər tapılmırdı. Həmin acınacaqlı vəziyyətin ölkəmizdə yaşanmaması üçün hər bir Azərbaycan vətəndaşı sosial məsafənin qorunmasına, tibbi maskalardan istifadəyə və əllərinin yuyulmasına diqqət yetirməlidir. Lakin təəssüf ki, bəzi insanlar ya şüurlu şəkildə bu qaydalara əməl etməyin vacib olduğunu dərk etmirlər, ya da məsuliyyətsizlik göstərirlər”.

Y.Abdiyeva qeyd edib ki, bütün bunlar, xüsusilə insanların məsuliyyətsiz davranışları ölkədə məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsini, sərt karantin tədbirlərinin tətbiqini zəruri edir.

Mütəxəssis bu fikirdədir ki, 2 həftəlik - iyunun 21-dən iyulun 5-dək sərt karantin tədbirlərinin tətbiqi artıq qaçılmaz idi. Onun fikrincə, belə tədbirlərin həyata keçirilməsi yoluxma sayı azalana qədər davam etməlidir. Əhali isə öz növbəsində bunun onların sağlamlığının qorunmasına yönələn addım olduğuni dərk edərək məhdudiyyətlərin tətbiqi qərarını anlayışla qarşılamalı və ona əməl etməlidirlər.

Dünyada ABŞ, Braziliya, Meksika, Rusiya, İran, Ukrayna və s. ölkələrdə virusa yoluxma və ondan ölüm hallarının sayının artdığını deyən mütəxəssis bildirib ki, sərt karantin rejiminin tətbiqi nəticəsində qonşu Türkiyədə sutkalıq yoluxma hallarının sayı iki dəfəyə yaxın azalıb:

"Hesab edirəm ki, karantin qaydalarının gücləndirilməsi bizim üçün də effektli olar. Əgər insanlar məhdudlaşdırıcı tədbirlərin tətbiqini istəmirlərsə, qaydalara əməl etməlidirlər. Ancaq biz bu gün qaydalara əməl edənlərin sayının çox az olduğunu görürük. Ona görə də dövlət yenidən sərt karantin tədbirlərinin tətbiq etməyə məcbur oldu".

Tarix
2020.06.19 / 00:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla