Yuxarı

TƏBİB rəsmisinin anası koronavirusa yoluxdu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB rəsmisinin anası koronavirusa yoluxdu

TƏBİB rəsmisinin ailəsində də koronavirus aşkar edilib.

Axar.az Bakıpost.az-a istinadən xəbər verir ki, virus qurumun mətbuat katibi Rəvanə Əliyevanın ailə üzvində tapılıb. R.Əliyevanın anasının COVİD-19 testi pozitiv çıxıb.

R.Əliyevanın verdiyi məlumata görə, hazırda anası xəstəxanada müalicə edilir. Ailənin digər üzvlərindən də koronavirus testi götürülüb.

TƏBİB rəhbəri Ramil Bayramlı da qeyd etmişdi ki, onun da yaxınları, qohumları arasında koronavirusa yoluxanlar var:

"Təəssüf ki, onlar da digər vətəndaşlar kimi karantin qaydalarına riayət etməyib, ad günü, yas mərasimlərində bu virusa yoluxublar. Hətta həkimlərimiz arasında da qaydalara riayət etməyənlər var. Biz Azərbaycan Tibb Univerasitetinin dosentini itirdik. O da ad günündə koronavirusa yoluxmuşdu. Özü öldü, ailə üzvləri isə xəstəxanadadır”.

Xatırladaq ki, adıçəkilən qurumun mətbuat xidmətinin rəhbəri bir neçə gün öncə Feysbuk səhifəsində yazı paylaşaraq insanları daha diqqətli olmağa, məsuliyyətli davranmağa çağırmışdı.

Tarix
2020.06.19 / 11:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla