Yuxarı

İcra başçısı koronaya yoluxub? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:55

Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin koronavirusa yoluxması haqda deyilənlər həqiqəti əks etdirmir.

Bunu Axar.az-a açıqlamasında Goranboy İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Faiq Muradov deyib. O bildirib ki, karantin müddətində icra başçısı da daxil olmaqla, Goranboy İcra Hakimiyyətinin əməkdaşlarından 3 dəfə koronavirus testi götürülüb:

“Aparatın əməkdaşlarının heç birində koronavirusun əlamətləri olmayıb. Biz qabaqlayıcı tədbir olaraq əməkdaşlarımızın 3 dəfə testdən keçməsinə şərait yaratdıq. Onlardan ikisinin nəticəsi hər birimizdə neqativ çıxıb və heç kimdə virus aşkar edilməyib. Sonuncu test iyunun 16-da edilib və nəticəsi hələ bu gün elan olunacaq. Bu günə qədər əməkdaşlarımızın heç birində virus aşkar edilməyib. Virusa qarşı bütün tədbirləri görmüşük. Hər birimiz maska, əlcək və spirtdən istifadə edirik”.

Qurum rəsmisi belə şayiələrin yaranmasının icra başçısının testdən sonra Bakıya səfər etməsi ilə bağlı olduğunu bildirib:

“Ayın 16-da test götürüldükdən sonra başçı işlə bağlı ərazidən çıxıb, Bakıya getdi. Bundan sonra şayiə yayıldı ki, guya Məhərrəm Quliyev koronavirusa yoluxub deyə Bakıya gedib. Bu, yalan məlumatdır. Bu gün başçı işə çıxıb və hər şey qaydasındadır”.

Tarix
2020.06.19 / 14:45
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla