Yuxarı

Proqnozu doğrulmadı, astroloq isə israr etdi...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Proqnozu doğrulmadı, astroloq isə israr etdi...

Böyük inamla deyirəm ki, iyuldan etibarən Mübariz Mənsimov iş başında olacaq.

Bu sözləri Axar.az-a açıqlamasında tanınmış astroloq Səbuhi Rəhimli 9 may tarixində hazırda Türkiyədə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovun iyunda azadlığa çıxacağı ilə bağlı verdiyi proqnozun özünü doğrultmadığı haqda iddialardan danışarkən deyib.

S.Rəhimli bir daha iş adamının iyunun sonuna qədər azadlığa çıxacağında israr edib:

“Hələ iyun ayı başa çatmayıb, 8 gün qalıb. Mən Mübariz Mənsimovun iyunun sonuna qədər azadlığa çıxacağını bildirmişəm. İyul ayından isə artıq o, işinin başında olacaq. Bu, mənim proqnozumdur. Mən xəritəyə görə belə proqnoz vermişəm. Fikrimdə qalıram”.

Qeyd edək ki, astroloq Səbuhi Rəhimli rəsmi Yutub kanalından yayımladığı “Gecə söhbətləri” buraxılışında azərbaycanlı iş adamı Mübariz Mənsimovun may-iyun ayları ərzində həbsdən azad ediləcəyini və iyul ayından işinin başında olacağını demişdi.

Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun cinayət işi artıq yekunlaşıb və məhkəməyə göndərilib. Ancaq hələlik məhkəmənin günü təyin edilməyib. 8 gün müddətində məhkəmənin müəyyənləşəcəyi və prosesin tamamlanacağı, üstəlik M.Mənsimovun azad ediləcəyi mümkünsüz olduğundan, sosial şəbəkələrdə S.Rəhimlinin proqnozunun özünü doğrultmadığı bildirilib.

Tarix
2020.06.22 / 15:05
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla