Yuxarı

Rəsulzadənin fotosu olan maska taxdığı üçün tutuldu?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsulzadənin fotosu olan maska taxdığı üçün tutuldu?

Daxili İşlər Nazirliyi ötən gün Sumqayıt şəhərində üzərində Məmməd Əmin Rəsulzadənin fotosu olan maska taxdığı üçün saxlanıldığını iddia edən şəxslə bağlı məsələyə münasibət bildirib.

Axar.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Oxu.az-a həmin şəxsin maskanın üzərində Rəsulzadənin şəklinin olmasına görə saxlanılması barədə iddiaların həqiqəti əks etdirmədiyini bildirib.

O qeyd edib ki, Cavid Məmmədzadə ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduğu üçün saxlanılıb:

“Küçəyə çıxmaq üçün iki saat icazə verilir. Vətəndaş isə bu limiti keçdiyi və polisin qanuni tələbinə tabe olmadığı üçün saxlanılıb. C.Məmmədzadə küçədə gəzərkən polis əməkdaşları icazəsinin olub-olmamasını yoxlayan zaman onun bu limitinin başa çatdığı məlum olub.

Ona bu barədə irad bildirəndə həmin şəxs polisin yanından uzaqlaşmaq istəyib. Vətəndaş dayanmağa dəvət edilsə də, əmrə tabe olmayıb”.

“C.Məmmədzadə polislər tərəfindən saxlanılıb, barəsində toplanmış materiallarla əməlinə hüquqi qiymət verilməsi üçün müvafiq məhkəməyə göndərilib”, - deyə DİN rəsmisi qeyd edib.

Tarix
2020.06.27 / 11:45
Müəllif
Axar.az
Digər xəbərlər

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla