Yuxarı

AQTA bu obyektlərdə qanunsuzluq aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
AQTA bu obyektlərdə qanunsuzluq aşkarladı

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentlikdən Axar.az-a verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 27 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 72 ictimai iaşə obyekti, 164 ərzaq satışı mağazası olmaqla ümumilikdə 236 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Tarix
2020.06.28 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla