Yuxarı

“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“İcra məmurları haqqında” Qanuna dəyişiklik edildi

Milli Məclis “İcra məmurları haqqında” Qanunda dəyişikliyi müzakirəyə çıxarıb.

Axar.az xəbər verir ki, qanunun 12 və 13-cü maddələrinə əlavələr olunub.

Qanunun 12-ci maddəsinin dördüncü-altıncı hissələri müvafiq olaraq beşinci-yeddinci hissələr hesab edilir və həmin maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə olunur:

“Müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur”.

Həmçinin qanunun 13-cü maddəsinin birinci hissəsinin birinci cümləsində “büdcəsi” sözü “büdcəsi və icra xidməti” sözləri ilə əvəz olunur, ikinci cümləsinə isə “büdcəsi” sözündən sonra “və bu Qanunun 12-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulan vəsait” sözləri əlavə edilib.

Tarix
2020.06.29 / 12:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycanı təbrik etdi

İlham Əliyevin Ərdoğanla təkbətək görüşü keçirilir

Ərdoğanın Şuşada qarşılanma mərasimi - Video

Şimali Kipr də Azərbaycanı təbrik etdi

Şuşada Ərdoğanın qarşılanmasına hazırlıq – Video

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Qələbələrin daim olsun, Can Azərbaycan - Çavuşoğlu

Ərdoğanı şəxsən İlham Əliyev qarşıladı - Video

Bakı və İrəvan texniki qruplar yaradır - Yeni reallıq

İlham Əliyev Şahbaz Şərifə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla