Yuxarı

Bu şikayətlərə baxılması üçün komissiya işə başlayır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şikayətlərə baxılması üçün komissiya işə başlayır

İyul ayından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin tədrisi digər dillərdə aparılan bölmələrində məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq.

İdarədən Axar.az-a bildirilib ki, valideynlər "mektebeqebul.edu.az" elektron portalında şəxsi kabinetin “Əlaqə” bölməsi vasitəsilə iyunun 30-dək Apellyasiya komissiyasına müraciət edə bilərlər.

Qeyd edək ki, onlayn Apellyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasını təmin etməkdən ibarətdir.

Onu da qeyd edək ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin tədris digər dildə aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün ənənəvi (canlı) müsahibənin keçirilmə vaxtı hələlik bəlli deyil. Odur ki, ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlər şəxsi kabinetlərində seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb. Qısa müddətdə əksər valideynlər onlayn müsahibə formasını seçib. İlkin müşahidələr deməyə əsas verir ki, uşaqlar ailə üzvlərinin yanında, ev mühitində özlərini daha sərbəst ifadə etməyi bacarır. Odur ki, onlayn müsahibələrdə uğur qazanmış uşaqların nisbət göstəricisi daha yüksəkdir. Digər valideynlərə də bir daha onlayn müsahibə formasını seçməyi tövsiyə edirik.

Tarix
2020.06.29 / 19:30
Müəllif
Axar.az
Digər xəbərlər

Almaniya Rusiya ərazisində əməliyyatlar keçirmək istəyir

Bu yol demək olar hazırdır - İlham Əliyev

Prezident: Avropaya elektrik enerjisi ilə çıxmaq istəyirik

Bu üç bölgə inzibati cəhətdən birləşdirilir - Prezident

Azərbaycan, ABŞ və Ermənistan diplomatlarının görüşü oldu

Şuşa azad olunanda Putin... – Əliyevdən diqqətçəkən sözlər

Göstəriş verildi, 217 avtobus alınacaq - Əliyev

Sabah bununla bağlı sərəncam imzalayacam - Prezident

İlham Əliyev Naxçıvanda sosial evlərin təməlini qoydu

Naxçıvana Ermənistandan elektrik xətləri çəkiləcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla