Yuxarı

Putinin sevdiyi Azərbaycan filmi mükafat aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin sevdiyi Azərbaycan filmi mükafat aldı

Rusiyanın Tula şəhərində keçirilmiş "Gülümsə, Rusiya!" festivalında Azərbaycan kinemotoqrafının istehsalı olan "Qorxma, mən səninləyəm! 1919" filmi mükafat alıb.

Filmin rejissoru Yuli Qusman, bəstəkarı isə Polad Bülbüloğludur. Yenicə istehsal onunan film ilk dəfə dekabrın 15-dən 20-dək keçirilən Tula festivalında təqdim edilib.

Filmə "Ölkədə yumor hissinə verilən töhfəyə görə" mükafatı verilib. Filmin rejissoru Yuli Qusman dekabrın 20-də mükafatı alan zaman söyləyib: "1919-cu il - Azərbaycanda Şərqin ilk demokratik respublikasının vaxtlarıdır. Düzdür, o, çox yaşamadı - respublikaya Qırmızı Ordu girdi və 1990-cı illərə qədər orada qaldı. Vaxtı biz tam formal istifadə etmişik, buna görə də tarixi film deyil, şən, əyləncəli, musiqili film çəkmişik".

Yuli Qusman filmin 30 il qabaq çəkilmiş "Qorxma, mən səninləyəm!" filminin davamı olduğunu bildirib. Deyib ki, filmin yaradıcıları - o, Lev Durov, Polad Bülbüloğlu və Muxtarbek Kantemirov yenidən bir araya gəlmək istəsələr də, heç cür alınmayıb. Rejissor danışıb ki, Rusiya və Azərbaycan prezidentləri bir araya gələndə məlum olub ki, hər ikisi "Qorxma, mən səninləyəm!" filmini sevir, onlar söhbətdə hətta filmdən zarafatları da səsləndiriblər (ANS).

Tarix
2013.12.21 / 23:26
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyev Konstitusiya Günü ilə bağlı paylaşım etdi

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla