Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
12 İyul 2020


İyul-avqustda bizi dəhşətli istilər gözləyir - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il iyul-avqust aylarında havanın temperaturunun çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 2-3 dərəcə yüksək olacağı gözlənilir.

Axar.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, bu il 2010, 2015-ci illlərin yayları kimi isti yay olacaq.

M.Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadası və Aran rayonlarında havanın daha isti keçəcəyi proqnozlaşdırılır.

İqlimşünas alim əlavə edib ki, builki iyul-avqust aylarında Azərbaycanda isti hava dalğalarının daha tez-tez təkrarlanması müşahidə ediləcək:

“İsti hava dalğaları dedikdə, havanın orta sutkalıq temperaturunun 35 dərəcəyədək yüksək olması, belə halın 3-5 gün və daha çox müddətdə arcıdıl müşahidə edilməsi nəzərdə tutulur. Belə hava həm kənd təsərrüfatına, həm təbii şəraitə, həm də insan sağlamlığına mənfi təsir edir. Bir gün havanın temperaturu 40 dərəcə isti ola bilər, amma bu, nə insan sağlamlığı, nə də kənd təsərrüfatı üçün o qədər böyük təhlükə deyil. Lakin temperatur 37-38 dərəcə olub, 4-5 gün və daha çox davam edərsə, bu, insan sağlamlığına da, təbiətə də mənfi təsir edər”.

Tarix
2020.06.30 / 09:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Elnur Hüseynov səfirlikdən niyə qovulub? - Təfərrüat

Bu ölkədə bombalı hücum: 6 dinc sakin öldü...

Ölkədəki çayların son durumu açıqlandı: Sululuq artıb

Azərbaycanda prokuror koronaya yoluxdu

49 korona xəstəsinin vəziyyəti ağırdır - TƏBİB

Məktəblər nə vaxt açılacaq? - Rəsmi açıqlama

Milli Məclisin fövqəladə sessiyası: niyə çağırılır?

Gələn həftə hava necə olacaq?

6472 obyektdə qaydalar pozuldu - Nazirlik

Bölgələrdə son durum: Leysan, şimşək...

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla