Yuxarı

Onu heç vaxt bu qədər çarəsiz görməmişdim

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Onu heç vaxt bu qədər çarəsiz görməmişdim

Yayın quraq keçməsi, suvarma mövsümünün başlaması Kürün suyunu azaldıb. Ömrüm boyu Kürün üstündən yüz dəfələrlə keçmişəm, ancaq onu heç vaxt indiki kimi səssiz və çarəsiz görməmişəm. Yatağının bir tərəfinə çəkilib, dibinin çadar-çadar torpağı üzə çıxıb.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkli, xalq şairi Sabir Rüstəmxanlı Kürün suyunun azalması və Xəzərin kürə qarışması nəticəsində bəzi rayonlarımızda ciddi su qıtlığının yaranması haqqında qeyd edib.

O bildirib ki, güclü xəzri Xəzərin suyunu tərsinə Kürə axıdıb, şor su çay yuxarı qalxıb 20-30 km-lik məsafədə çayın suyunu tam yararsız vəziyyətə salıb:

“Neçə müddətdir Neftçala camaatı “su” deyib haray çəkir. Rayon rəhbərliyinin və millət vəkili kimi mənim dincliyimiz yoxdur. Prezident Administrasiyası və əlaqədar qurumlar vəziyyəti nizamlamaq üçün səylərini əsirgəmirlər. Lakin həyatı suya bağlı olan bir kənd təsərrüfatı rayonu üçün Kürün yerini doldurmaq çətindir. Maşınlarla yalnız evlərə içməli su daşına bilir, heyvan-qara, əkin sahələri bu yolla suvarıla bilməz. Bizim yazılarımızdan, MM-dəki çıxışımızdan, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi. Son günlərdə Kür boyu bəzi nasosların dayandırılması nəticəsində Kür yenə yüksəlir. Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz...
Bu gərginlik Neftçala şəhərinin içməli su problemini də gündəmə gətirdi. Məlumat üçün deyim ki, bu məqsədlə Azərbaycan Prezidentinin ötən ilin 11 və 30 dekabr tarıxli sərəncamları ilə lazımi vəsait ayrılmışdır. "Azərsu" Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovun verdiyi məlumatdan aydın olur ki, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənmişdir və bu iş iki ay ərzində tamamlanacaqdır.

Görək bu iki ayı necə yaşayacağıq...”

Tarix
2020.06.30 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Gərginlik: Bayramov Bəhreynin XİN başçısı ilə danışdı

Bu ərəb ölkəsi İranı hədələdi: Cavabsız qala bilməz!

Britaniya onu Azərbaycana səfir göndərir

Bayramov Fidanla danışdı: Regional eskalasiya...

İranı nə gözləyir: Rejim dəyişikliyi, yoxsa “yumşalma”?

İran müharibəsi: Bayramov Kallasla danışdı

İran xarici tələbələrin ölkədən çıxmasına icazə verdi

Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı...

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Bayramov Koşerbayevlə İranı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla