Yuxarı

Təcili yardım maşını buna görə gecikir – Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təcili yardım maşını buna görə gecikir – Video

13:51

Paytaxtda sərt karantin rejimi ilə əlaqədar qurulan postlarda hərəkət üstünlüyü olan avtomobillər üçün ayrıca zolaq yaradılıb.

Bunu Axar.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov təcili yardım maşınlarının postlarda tıxacda qalması və bunun çox ciddi problemlərə səbəb olması barədə səsləndirilən iradlara münasibət bildirərkən deyib.

O vurğulayıb ki, bu zolaqlar bir neçə küçədə qurulsa da, bəzi sürücülər tərəfindən zəbt olunur:

“Təcili tibbi yardım maşınları da daxil olmaqla, hərəkət üstünlüyünə malik olan maşınlar üçün ayrıca zolaq ayrılıb. Bu zolaqlar Yusif Səfərov küçəsində, metronun “Koroğlu” stansiyası ilə üzbəüz ərazidə, Parlament prospektində var. Bu ərazilər kifayət qədər enli yollardır. Təəssüf ki, bəzi sürücülərin postlardan tez keçmək istəyi və həmin zolağı tutması ilə bu mənzərə yaranır. Bu da əsasən avtomobillərin hərəkət intensivliyi yüksək olan ərazilərdə qeydə alınır. Əksər hallarda əməkdaşlarımız təxminən 50-100 metr məsafədə durmaqla sürücülərə istiqamət göstərirlər”.

V.Əsədov onu da bildirib ki, ayrılmış zolaqları zəbt edən sürücülərlə profilaktiki söhbətlər aparılır:

“Bu cür profilaktiki tədbirlər müsbət nəticə əldə edilməsinə imkan verir”.

Tarix
2020.06.30 / 14:51
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla