Yuxarı

Koronavirusla vəziyyət ürəkaçan deyil - Hacıyev

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası milli və beynəlxalq səviyyədə koronavirusla mübarizədə öz dəstəyini göstərir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Dünya miqyasında koronavirusla bağlı vəziyyət ürəkaçan deyil. 10 milyondan artıq insan virusa yoluxub. Qarşıda dünya dövlətlərini nələrin gözlədiyi qeyri-müəyyəndir. Koronavirus təkcə sağlamlıq və səhiyyə problemi kimi qəbul edilməməlidir. Bu virus dünya miqyasında çox böyük sosial, iqtisadi fəsadlarını göstərir", - o bildirib.

H.Hacıyevin sözlərinə görə, koronavirusdan əvvəl də yoluxucu xəstəliklər mövcud idi və hazırda koronavirus vəziyyəti daha da ağırlaşdıır:

"Dünyanı beynəlxalq tənəzzül gözləyir. Dünya miqyasında 500 mindən artıq insan bu virusdan həyatını itirib".

Hikmət Hacıyev bildirib ki, koronavirus təhlükəsi aradan qalxmayana qədər biz təhlükəsiz olduğumuzu deyə bilmərik:

"Dünya ölkələrində müəyyən yumşalmalar olsa da, yenidən sərt karantin rejimi tətbiq olundu. Ölkəmizdə koronavirusla mübarizə dövlət nəzarəti altındadır. Bu gün biz Qarabağ müharibəsi ilə yanaşı, koronavirusla da mübarizə aparırıq. Koronavirus müharibəsi hər bir vətəndaşın qarşısına böyük məsuliyyət qoyur".

Tarix
2020.06.30 / 18:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla