Yuxarı

Ev şəraitində kimlər müalicə alır? - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ev şəraitində kimlər müalicə alır? - Açıqlama

Ev şəraitində müalicə alan şəxslər yalnız simptomsuz və xəstəliyi yüngül keçirənlərdir.

Axar.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Aparatının rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Belə xəstələrin dərmanla təchiz olunması nəzərdə tutulmayıb. Onların müalicə prosesində immunitet sistemini gücləndirən vitaminlər istifadə olunur və sahə poliklinikalarının bunu çatdırması tövsiyə edilir.

Eyni zamanda xəstə insanların dərman almaq üçün aptekə getməsi düzgün deyil. Onların dərman təchizatı məsələsi həll olunacaqdır", - N.Zeynalov qeyd edib.

O bildirib ki, bu xəstələrin evdə müalicəsi xəstəxanaların və tibbi heyətin yükünü azaltmaq, tibbi xidmətin keyfiyyətini artırmaq üçündür:

"Bu öhdəlik poliklinikaların üzərinə qoyulur. Poliklinika xidmətin ilkin hissəsini üzərinə götürdükdən sonra təcili yardımın yükünü azaldır".

Nadir Zeynalov əlavə edib ki, bəzi insanlar gec müraciət edir və evdə sağalmalarını gözləyirlər:

"Əgər xəstəliyin ağırlaşmasını istəmiriksə, sahə poliklinikasına müraciət etməyi hamıya tövsiyə edirəm".

Tarix
2020.06.30 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Netanyahu uduzdu, demokratiya belə işləyir - Qolan

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla