Yuxarı

İstanbulda "Azərbaycan" adı bu küçəyə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İstanbulda "Azərbaycan" adı bu küçəyə verildi

İstanbulda "Cendere" küçəsinin adı dəyişdirilib, "Azərbaycan" qoyulub.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, Baş konsulluğun təklifi və təşəbbüsü əsasında şəhərin mərkəzi bələdiyyələrindən olan Sarıyer Bələdiyyəsi Məclisinin müvafiq qərarı ilə, bələdiyyə ərazisindən keçən və bələdiyyənin ən qədim küçələrindən sayılan Cendere küçəsinin adı dəyişdirilərək, “Azərbaycan” adı ilə əvəz olunub. Sarıyer Bələdiyyə Məclisi tərəfindən verilən qərar, rəsmi prosedurların yekunlaşdırılması məqsədilə, İstanbul Böyük Şəhər Bələdiyyə Məclisinin cari ilin 13 iyul tarixində keçirilməsi nəzərdə tutulan iclasına təqdim olunub.

Məlumat üçün bildirək ki, Ümummilli Lider Heydər Əliyevin adını daşıyan və heykəlinin ucaldıldığı park da məhz Sarıyer Bələdiyyəsinin ərazisində yerləşir və Heydər Əliyevin doğum və vəfat tarixləri İstanbuldakı Baş konsulluğun təşəbbüsü əsasında bələdiyyənin cari protokol tədbirləri təqviminə daxil edilib.

Tarix
2020.06.30 / 21:45
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyev AB-nin yüksəkvəzifəli rəsmiləri ilə görüşdü

Tramp-Putin-Si görüşü: dünyada nə dəyişəcək?

İlham Əliyevdən 17 Noyabrla bağlı paylaşım

Azərbaycanda Milli Dirçəliş Günüdür

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında

3,7 milyonluq mənimsəmə işi: Keçmiş rəhbər nə dedi?

600-dən çox bal toplayanların hərbi xidməti ilə bağlı yenilik

Sibiqa buna görə Azərbaycanı təbrik etdi

Nazirlər Kabinetindən internetlə bağlı qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla