Yuxarı

“Azersky” peykinin orbitə buraxılmasından 6 il keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azersky” peykinin orbitə buraxılmasından 6 il keçir

Bu gün “Azersky” peykinin orbitə buraxılmasından 6 il ötür.

Axar.az xəbər verir ki, “Azersky” peyki Hindistanın Kosmik Tədqiqat Təşkilatı tərəfindən idarə olunan “Satish Dhawan Space Centre” kosmodromundan “Polar Satellite Launch Vehicle” (PSLV) daşıyıcı raketi ilə 2014-cü il iyunun 30-da uğurla orbitə çıxarılıb.

“Azersky” peykinin çəkisi 765 kiloqram təşkil edir və qanadları açılmış halda 1,55 metr x 1,75 metr x 2,7 metr ölçüsündədir. Peykin istismar dövrü minimum 12 ildir.

“Azərkosmos” və “Airbus Defence and Space” arasında imzalanmış müqaviləyə əsasən “Azersky” və SPOT 6 yüksək ayırdetməli (1,5 m ayırdetmə), həmçinin Pleiades 1A və 1B çox yüksək ayırdetməli (0,5 m ayırdetmə) məsafədən müşahidə peykləri hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk qruplaşması formasında birgə istifadə olunur.

Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və sair kimi geniş tətbiq sahələri var.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.

Tarix
2020.06.30 / 23:24
Müəllif
Axar.az
Digər xəbərlər

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla