Yuxarı

Toyuqların çəkisi belə artırılır - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Toyuqların çəkisi belə artırılır - Foto

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları əldə olunan məlumat əsasında keçirdiyi reyd zamanı Siyəzən şəhəri İsmət Qayıbov küçəsi 83 ünvanında fiziki şəxs Nəsir Ramazan oğlu Əhmədova məxsus quş əti məhsullarının qablaşdırılması sexinə baxış keçirib.

AQTA-dan Axar.az-a verilən məlumata görə, baxış zamanı sexin yaşayış evinin həyətində qanunsuz fəaliyyət göstərdiyi, kəsilib təmizləndikdən sonra emal sahəsinə gətirilən toyuqların nasosa birləşdirilmiş xüsusi iynə ucluğa malik avadanlıqla daxilinə maye vurularaq çəkisinin qanunsuz yolla, su hesabına 300-350 qr artırıldığı məlum olub.

Müəyyən edilib ki, toyuqlar yaxınlıqda yerləşən, antisanitar şəraitdə fəaliyyət göstərən toyuq kəsimi sexindən tədarük olunur. Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Məhsullardan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaqdır.

Tarix
2020.07.01 / 00:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlıların qayıdışı ilə bağlı BMT-yə müraciət

Prezidentin təyin etdiyi iki başçının dosyesi - Foto

Şahin Mustafayev iranlı nazirlə görüşdü

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla