Yuxarı

Bakıda polis postlarının yığışdırılma səbəbi açıqlandı - Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:52

Ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla, küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv ediləcək. Buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

Bu barədə Axar.az-a DİN-dən məlumat verilib. Məlumata əsasən, bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək.

Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

Həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan xüsusi karantin rejimindən irəli gələn tələblərə mütləq riayət etmələri tələb olunur.

Tarix
2020.07.01 / 18:45
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla